Astaranın bir neçə yaşayış məntəqəsində evləri su basıb

Astaranın bir neçə yaşayış məntəqəsində evləri su basıb

Güclü yağışlar Astara rayonunda bir sıra fəsadlara səbəb olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 12 saat ərzində rayona düşən yağıntının miqdarı 49, 6 millimetr təşkil edib ki, bu da gündəlik normadan on qat artıqdır. Yağıntılar nəticəsində rayonun Ərçivan qəsəbəsindən Kijəbə qəsəbəsinə gedən istiqamətdə 15, Artupa kəndində isə 20-yə yaxın fərdi yaşayış evi, həmçinin həyətyanı sahələr su altında qalıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə hadisə yerinə cəlb olunublar. Maşın və mexanizmlərin köməyi ilə sel sularının həyətyanı sahələrdən kənarlaşdırılması istiqamətində tədbirlər görülür.

Bölgədə yağışlar davam edir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə