Nəqliyyat Departamenti ilə Yol Polisinin birgə təşkil etdiyi yoxlamalar zamanı fərqlənmə nişanı almayan xeyli sayda sürücü aşkarlanıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, yoxlamalar zamanı əsas hədəf vergidən yayınan və nəzərdə tutulmayan yerdə dayanan taksiləri aşkarlamaq olub. Reyd zamanı əksər taksi sürücüləri müfəttişlərin və yol polislərinin gözündən yayınmaq üçün müxtəlif yollara əl atıblar. Bəziləri aidiyyatı qurumların əməkdaşlarını görən kimi taksi nişanlarını gizlədib, bir çoxları isə avtomobili sürərək qaçmağa çalışıb. Ümumilikdə gün ərzində 50-dən çox taksi sürücüsünün sənədləri yoxlanılıb. Onlardan cəmi 5-nin fərqlənmə nişanı aldığı üzə çıxıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB