Ölkənin Qərb bölgəsindən Rusiyada yaşayan soydaşlarımızın bir hissəsi qayıdır. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Hava Limanından hazırladığı materialda Rusiyadan gələn soydaşlarımızın fikirləri dinlənilib. Geri dönən soydaşlarımızın əksəriyyəti Şəmkir və Tovuz rayonlarındandır. Soydaşlarımız bu ölkədə vəziyyətin getdikcə ağırlaşdığını və gəlmələrə qarşı aqressiv münasibət göstərildiyini bildirib. Onlar işsiz qalan miqrantların, xüsusilə də ticarətlə məşğul olanların ciddi yoxlamalara məruz qaldıqlarını bildirirlər. Sənədlərində kiçik nöqsan olan xarici ölkə vətəndaşları qeyd-şərtsiz, heç bir səbəb göstərilmədən ölkədən deportasiya edilir.
Gəncə Beynəlxalq Hava Limanından verilən məlumata görə, son iki gündə Rusiyanın paytaxtından Gəncəyə uçan aviareyslər sərnişinlərlə doludur. Gəncədən uçan reyslərdə isə bunun tam əksi müşahidə olunur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB