“Böyük İpək Yolu” Gürcüstanda beynəlxalq tədbirdə iştirak edib

“Böyük İpək Yolu” Gürcüstanda beynəlxalq tədbirdə iştirak edib

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Gürcüstanda keçirilən beynəlxalq "Gənclər Fəaliyyətdə" adlı beynəlxalq tədbirdə iştirak edib. SİA-ya verilən məlumata görə, tədbirin əsas istiqaməti gənclərin mədəniyyət sahəsində təşkil olunan tədbirlərdə iştirakını artırmaq, müxtəlif ölkələrdən olan gənclərlə müxtəlif mədəniyyətlərin öyrənilməsi və dialoqun təşkili, mədəni layihələrin mövzularını müəyyən etmək olub. Toplantıda Gürcüstan, Ermənistan, Ukrayna, İtaliya, Türkiyə, Rumıniya və Bolqarıstandan nümayəndələr iştirak ediblər.

Tədbirin 3-cü günündə Azərbaycan mədəniyyət gecəsi təşkil olunub. Gecədə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təqdimatı keçirilib. Tədbirdə Müslüm Maqomayevin "Azərbaycan" mahnısı, Üzeyir Hacıbəyovun "Arşın mal alan" komediyasından parçalar səsləndirilib və Azərbaycanın tanıtım video çarxı göstərilib.

Qeyd edək ki, beynəlxalq tədbirdə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilat nümayəndəsi Aytən Əliyeva təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə