"Qafqaz Müsəlmanları İdarəsinin saytı yaxın vaxtlarda öz fəaliyyətini bərpa edəcək". Bu sözləri SİA-ya idarənin matbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bu gün səhər saatlarında QMİ-nın saytına xaker hücumu ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda sayt fəaliyyətini dayandırıb.
Belə bir addımın gözlənilməz olduğunu deyən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu addım qurumun fəaliyyətinə kölgə salmaq üçün atılıb: "Nə vaxtsa saytımıza xaker hücumu olacağını gözləməzdik. Heç istəməzdik ki, belə bir hadisə olsun. Ona görə ki, zəvvarlar və mətbuat nümayəndələri saytımız vasitəsilə operativ məlumatlar əldə edirdilər. Düşünürük ki, bu addım bizi sevməyənlər tərəfindən atılıb. Son günlər zəvvarlarla bağlı məlumatların operativ şəkildə yayılması, bizi "gözü götürməyənləri" qıcıqlandırıb. Kimlərsə işimizə kölgə salmağa çalışır. Hazırda saytın tez bir zamanda fəaliyyətinə dair işlər aparılır. Tezliklə saytımız əvvəlki tempində, aktiv şəkildə fəaliyyətini davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB