Elşən Musayev: “Azərbaycan xalqının seçiminə kölgə salmaq heç bir qüvvənin bacara biləcəyi bir iş deyil” MÖVQE

Elşən Musayev: “Azərbaycan xalqının seçiminə kölgə salmaq heç bir qüvvənin bacara biləcəyi bir iş deyil” MÖVQE

"Öncədən də bunu söyləmişdik: Dünyanın siyasi mənzərəsi üzərində öz hökmünü diqtə etmək istəyən qüvvələr artıq nəinki ikili, hətta üçlü, dördlü, beşli standartlarla çıxış etməyə başlayıb. Onlar bəşəriyyətin gözünə kül kimi üfürdükləri şablon dəyərlərin sabotajı ilə məşğuldur. Eyni zamanda həmin dəyərləri beynəlxalq odioz güclərin təmərküzləşmə pridmetinə çevirməklə düşünür ki, nəyəsə nail olmaq və ya hər seçkidən sonra bu mexanizmlə hansısa dövlətə təzyiq etmək mümkündür. Amma yanılırlar təbii. Çünki, müasir dünyada əsl "maska"ların cırılması prosesi böyük sürətlə gedir. Həmin maskalar çox nazilib. Pot-sovet məkanından tutmuş, Ərəb ölkələrinə qədər-hər yerdə öz ifşasına, fiaskosuna uğradığı üçün həqiqətən nazilib, didilib və özünü bəlli edən, tanıdan hala gəlib". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Avropa Parlamentinin dünən çıxardığı"Avropa qonşuluq siyasəti" adlı qətnaməyə şərh verərkən bildirib.

"Bir daha bəyan edirəm: Fikir dəyişikliyinin, söz oynamalarının, mərkəzdənqaçmaların səbəbi seçki deyil. Bunu özləri də bilir. Sadəcə təzyiq mexanizmlərini işə salıblar. Bəlli bir mərkəzdən gələn təlimatı icra edirlər. Ki, Azərbaycanı bir şəkildə öz vassalına çevirə bilsinlər və ya belə deyək: strateji maraqlar kontekstində tutaq ki, Rusiyadan və ya qeyri dövlətlərdən daha üst planda olsunlar, görünsünlər. Bunun da səbəbi bilirsinizmi nədir? Səbəb odur ki, dünya artıq balanslı siyasəti qəbul etmir. Bir dövlətin üzü hansı tərəfəsə aydın bir şəkildə yıxılmasını, kürəyini yastamasını istəyir. Və ya onlar üçün öz millətinin, vətəndaşının maraqlarını qoruyan, iradəsini əks etdirən siyasi qüvvələr artıq demokratiya nümunəsi hesab olunmur, əksinə haqqında danışdığımız beynəlxalq qüvvələrin maraqlarına sərf etməyən təbəqə kimi səciyyələnir. Çünki, məsələn İlham Əliyev kimi- xalqın böyük əksəriyyətinin səsini qazanan liderlərə nəyisə diktə və ya tələb etmək mümkün deyil. Ortalıqda ciddi bir daxili dəstəyin var olması səbəbindən... Və ya bu dediyimi o siyasi liderlərə tətbiq etmək olar ki, seçkidən öncə həmin beynəlxalq güclərlə gizlin əməkdaşlıq münasibətində olsun. Ya da hansısa öhdəliyə boyun dursun. Azərbaycan iqtidarı isə belə bir şeyə getməyib. Çünki mövcud siyasi hakimiyyətin xalqa da, dəstəklədiyi siyasi liderə də hər zaman sonsuz ümidi və güvəni olub, bu gün də var, sabah da olacaq. Ona görə də kimsədən çəkinmir, kimsənin qarşısında gözükölgəliyi yoxdur.

Odur ki, Avropa Parlamenti nə oyun(qətnamə) çıxarırsa çıxarsın, nə şou-tamaşa ərsəyə gətirmək istəyirsə gətirsin, nəticəyə vara bilməyəcək. Çünki Azərbaycan xalqı artıq öz seçimini edib. Bu seçimə kölgə salmaq isə ən böyük güclərin belə bacaracağı bir iş deyil, nəinki Avropa Parlamenti kimi günbə gün nüfuzunu itirən bir qurumun", - deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə