“eTwinning Plus layihəsi”nin icrasına həsr olunan tədbir keçirilib
Bu gün Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində "eTwinning Plus layihəsi"nin icrasına həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Avropa Komissiyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bu layihə haqqında ətraflı məlumat verilib və layihənin müəllimlər və şagirdlər üçün əhəmiyyətindən bəhs edilib. "eTwinning Plus layihəsi" çərçivəsində görülən və planlaşdırılan işlərdən, layihənin əsas xüsusiyyətlərindən bəhs edən təqdimat iştirakçıların nəzərinə çatdırılıb.
Tədbirdə layihəyə qoşulan 20 məktəbin direktorları və müəllimləri, eyni zamanda Mədəd Azərbaycan təşkilatının nümayəndələri xüsusi sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən "eTwinning Plus layihəsi"nə qoşulub. Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan "eTwinning layihəsi"nin genişlənməsi nəticəsində meydana gələn "eTwinning Plus layihəsi" pedaqoji işçilərə onlayn ünsiyyət, əməkdaşlıq, təhsil layihələri yaratmaq və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB