Gənclər üçün Təhsil Mərkəzi BMT-nin yaradılmasının 68-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərini davam etdirir. Mərkəzdən SİA-ya verilən məlumata görə, bu gün Mingəçevir şəhərində keçirilən sonuncu tədbirdə şəhərin gəncləri ilə birgə bu nüfuzlu qurumun 68 il müddətində keçdiyi yola nəzər yetirilib.
BMT-nin İnformasiya Departamentinin texniki dəstəyi ilə baş tutan tədbirdə gənclərə BMT-nin yaradılması, missiyası, onunla bağlı əsas faktlar və s. haqqında məlumat verilib, zəruri ədəbiyyatlar paylanılıb.
"68 il Sizin xidmətinizə" devizi ilə həyata keçirilən tədbirlərdə gənclər üçün BMT-nin fəaliyyətinə həsr olunmuş filmlər nümayiş etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən bu tədbirlərin keçirilməsində məqsəd beynəlxalq əhəmiyyət daşıyan əlamətdar günlərdə və tədbirlərdə Azərbaycan gənclərinin fəallığını nümayiş etdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB