ATGTİ və PAŞA Bank təqaüd proqramı həyata keçirir

ATGTİ və PAŞA Bank təqaüd proqramı həyata keçirir

Cari ilin 25 oktyabr tarixində, saat 16:00 da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) qərargahında ATGTİ və PAŞA Bank birgə həyata keçirdiyi "Mən PAŞABank təqaüdçüsüyəm" adlı təqaüd proqramının təqdimatı keçiriləcək. ATGTİ-dən SİA-ya verilən məlumata görə, cari tədris ilinin əvvəlindən etibarən ATGTİ və PAŞABankın birgə həyata keçirdiyi "Mən PAŞABank təqaüdçüsüyəm" proqramına seçilən 12 tələbəyə 100 manat miqdarında təqaüd təqdim edilir. Təqaüdçülər proqrama iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin arasında keçirilən müsahibə əsasında seçiliblər.

Xatırladaq ki, "Mən PAŞABank təqaüdçüsüyəm" proqramı artıq ikinci dəfədir ki, həyata keçirilir.

Qeyd edək ki, təqaüd proqramının məqsədi iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin təhsilinə və onların şəxsi inkişafına dəstək olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə