“Təmiz Şəhər” təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işlərini davam etdirir

“Təmiz Şəhər” təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işlərini davam etdirir

"Təmiz Şəhər" ASC "EkoReal" təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda seminar keçirib. "Təmiz Şəhər" ASC-d’n SİA-ya verilən məlumata görə, seminarda "Təmiz Şəhər" ASC-nin "Ətraf mühit və əməyin mühafizəsi" şöbəsinin müdiri Sabit Zeyniyev, "EkoReal"ın direktoru Telman Zeynalov və Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev mühazirələrlə çıxış ediblər.

Seminarda çıxış edən ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması məqsədilə bərk məişət tullantılarının idarə olunmasına dövlət tərəfindən göstərilən qayğıdan, Biologiya fakültəsinin dekanı, professor Yusif Əhmədov tullantıların səmərəli idarə olunmasının əhəmiyyətindən bəhs ediblər.

Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev məişətdə əmələ gələn təhlükəli tullantıların utilizasiyası barədə məlumatları tələbələrin diqqətinə çatdırıb, "EkoReal" QHT-nın direktoru Telman Zeynalov isə bərk məişət tullantılarının təkrar emalı yollarından söz acıb.

ASC-nin gördüyü işlər barədə təqdimatla çıxış edən "Təmiz Şəhər" ASC-nin "Ətraf mühit və əməyin mühafizəsi" şöbəsinin müdiri Sabit Zeyniyev Bərk məişət tullantılarının yandırılması və Bərk məişət tullantılarının çeşidlənməsi zavodları, İçəri Şəhər və Qala qoruğlarında həyata keçirilən pilot layihələri və görülən digər işlər haqqında ətraflı məlumat verib. Mühazirənin sonunda Balaxanı poliqonunun modernləşdirilməsinə və orada yaradılan yuma-dizinfeksiya məntəqələrinə dair video-çarx nümayiş etdirib.

Qeyd edək ki, təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işləri "Təmiz Şəhər" ASC tərəfindən mütəmadi olaraq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə