Bakıda beynəlxalq konfrans keçirilir FOTO

Bakıda beynəlxalq konfrans keçirilir FOTO

Bu gün Bakıda "Dünyanın dağlıq rayonlarında turizm davamlı inkişaf üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, 3 sessiyada təşkil olunan konfransın 1-ci sessiyası "Davalı dağ turizm: tarix və nailiyyətlər", 2-ci sessiyası "Dağ turizmin inkişaf perspektivlərinə baxış", 3-cü sessiyası isə "Dağlıq ərazlərin bioloji müxtəliflyi, mühafizə metodları və prinsipləri" adlanır.

Beynəlxalq konfrans Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyasının (UIAA) təşəbbüsü, IDEA Kampaniyası, Qərb Universiteti, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federsiyaları Assosiasiyası və Azərbaycan Hava və Ekstrimal İdman Növləri (FAİREX) Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda FAİREX -in prezidenti Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, İDEA kampaniyasının layihə direktoru Anara İsmayılova, Beynəlxalq Dağçılıq və Dırmanmanın Federasiyasının vitse prezidenti Pater Farkes, Geoloji kəşfiyyat üzrə beynəlxalq ekspert Roni Qalaher və digərləri iştirak edir.

İlk çıxış edən Urxan Ələkbərov bildirib ki, dünyada davamlı inkişaf birinci əsrin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə bu məsələ uğurla həyata keçirilir: "Proqramlar qəbul olunur, nəticələr göz qabağındadır. Son beş ildə Azərbaycanda 65 min hektardan artıq meşə salınıb. Davamlı inkişaf sahəsində bilik və bacarıqların bölüşülməsi vacibdir. Bu baxımdan konfrans böyük əhəmiyyətə malikdir".

Daha sonra çıxış edən Peter Farkas bildirib ki, bu sahədə aparılan davamlı inkişaf əsas məqsədlərindən biridir: "Azərbaycanda dağçılıq idmanına böyük dövlət dəstəyi göstərilir. Bu sahə inkişaf edib, bir çox ölkələr üçün örnək ola bilər".

Tədbirin davamında çıxış edən FAİREX -in prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, konfrans mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, belə bir konfransın ölkəmizdə keçirilməsi təbiidir, ona görə ki, Azərbaycan dağ ölkəsidir: " Belə ki, konfrans çərçivəsində aparılan müzakirələrin əsas məqsədi dağların mühafizəsi ilə bağlı balansın tapılmasıdır. Mən istərdim ki, bütün Azərbaycan gəncləri bu idman növündən keçsin. Eyni zamanda biz nəzərdə saxlamalıyıq ki, bizim unikal dağ sistemimiz var. Onu qorumaq lazımdır. Bununla bağlı düzgün qaydalar müəyyənləşdirilməlidir. Elə bu səbədən də belə bir konfransa ehtiyac var".

Qeyd edək ki, konfrans 3 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə