Payız-qış mövsümündə qaz problemi olmayacaq

Payız-qış mövsümündə qaz problemi olmayacaq

"Payız-qış mövsümündə Gəncənin təbii qazla təminatında heç bir problem yaşanmayacaq". Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Qaz İstismar Sahəsinin baş mühəndisi Şubay Nəsibov məlumat verib.

Onun sözlərinə görə, son zamanlar mavi yanacağın verilməsi ilə bağlı bir sıra problemlər yaşansa da, hazırda bütün neqativ hallar aradan qaldırılıb: "Hazırda idarə tərəfindən bütün profilaktik tədbirlər həyata keçirilir".

Son günlərdə bəzi ərazilərdə qazın təzyiqinin azalmasına münasibət bildirən baş mühəndis qeyd edib ki, mövcud problem aparılan təmir işləri və havaların gözlənilmədən tez soyuması ilə əlaqədardır. Hazırda bu neqativ hal da aradan qaldırılıb. Baş mühəndis onu da əlavə edib ki, şəhərdə bütün təhsil və səhiyyə müəssisələri qazlaşdırılıb və mavi yanacaq lazım olan təzyiqlə verilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə