Azərbaycan Parisdə təmsil olunub

Azərbaycan Parisdə təmsil olunub

Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və UNESCO və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə Parisdə "Seyid Yəhya Bakuvi ilinə" həsr edil silsilə tədbirlər keçirilib. Həmin gün UNESCO-nun Parisdəki mənzil qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə dəfələrlə Azərbaycana səfər edən dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkillərindən ibarət sərgi təşkil edilib sərginin açılışı münasbətilə ziyafət olub. Bu barədə SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsi ilə prezident seçkilərində 3-cü dəfə qalib gələn İlham Əliyev bir neçə gün əvvəl keçirilən andiçmə mərasimindəki proqram xarakterli çıxışında qeyd edib ki, Azərbaycan xalqının ona etimad göstərməsinin səbəblərindən biri də xalqımızın milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələrinin Azərbaycan dövləti tərəfindən qorunması və təşviq edilməsidir. Prezident İlham Əliyevin "multikulturalizm və milli-dini azlıqlara hörmət Azrbaycan xalqının milli xüsusiyyətidir" sözlərini xatırladan Dövlət Komitəsinin sədri bildirmişdir ki, bu gün burada ölkəmizdəki mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin keçirilməsi məhz Azərbaycan dövlətinin bu istiqamətdəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.

Sərginin açılış mərasimində çıxış edən BMT-nin Sivililizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın dünyada təşviqiniə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirmiş, qeyd etmişdir ki, sərgidən də göründüyü kimi Azərbaycanda müxtəlif inanclara malik insanların qarşılıqlı hörmət şəraitində yaşamaları dünya üçün bir örnəkdir.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, dünyanın tanınmış fotoqraflarından biri olan Reza Deqati sərginin açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə həyata keçiriləcək "Photolerance" adlı dünya gəncləri arasında beynəlxalq foto müsabiqəsinə start verilməsini elan edib. O, qeyd edib ki, müsabiqə gənclər arasında fərqliliklərin maneə olaraq dəf edilməsi üçün dialoqun zəruriliyinin və müxtəlifliyin bəşəriyyətin mədəni zənginliyinin nümunəsi olmasının dərk edilməsinə yönəlmişdir. Bütün dünya ölkələrindən olan 18-25 yaşlarında gənclərin təqdim etdikləri fotolar dünyanın nüfuzlu mütəxəssisləri və mədəniyyət xadimlərinin təşkil etdiyi jüri tərəfindən seçiləcək. Qalib gəlmiş fotoşəkillərin müəllifləri BMT Sivilizasiyalar Alyansının 2014-cü ildə keçiriləcək VI Qlobal Forumunda mükafatlandırılacaqlar.

"Azərbaycan – tolerantlıq məkanı" foto sərgisi salonda toplaşan 500-dən artıq qonaqların geniş marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə