Qeydiyyatdan keçə bilməyən mağazalar fəaliyyətini dayandırıb

Qeydiyyatdan keçə bilməyən mağazalar fəaliyyətini dayandırıb

"Gəncədə fəaliyyət göstərən ixtisaslaşdırılan satış məntəqələrindən rəsmi olaraq iki mağaza qeydiyyatdan keçib. Bir sıra mağazalar bu lisenziyanı əldə edə bilməmək ucbatından fəaliyyətini dayandırıb". Bu barədə SİA-nın bölgə müxbirinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə mütəxəssisi Asif Əliyev bildirib.

Onun sözlərinə görə, hər bir şəxs Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciət edə bilər: "Burada sənədlərin toplanmasında heç bir çətinlik yoxdur. Xahiş və tələb olunur ki, bu işlə məşğul olmaq istəyənlər komitəyə müraciət etsin. Məsləhət görərdik ki, vaxtında müraciət edilsin, neqativ hal baş verməsində iştirak edilməsin".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə