Göygöl rayonunda elektrik enerjisindən israfçılıq hallarının qarşısını almaq üçün reyd keçirilib. SİA-nın Qərb bürosunun xəbərinə görə, yoxlamalar zamanı məlum olub ki, bəzi abonentlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öz əməllərindən əl çəkməyiblər. Onlar elektrik xəttinə özbaşına qoşularaq israfçılığa yol verirlər. Bir abonent isə yaşadığı mənzillə yanaşı fərdi təsərrüfatında saxladığı mal-qaranı da unutmayıb. Yəni abonent sayğacdan kənar xətt vasitəsi ilə tövlədə işıqdan istifadə edir. Sözügedən mənzildə yüklənmə o həddə çatıb ki, hesablayıcı cihaz yanaraq sıradan çıxıb. Bu və ya digər qüsurlara görə abonentlər özlərini günahkar bilməyiblər. Reyd zamanı sayğacı şəbəkədən ayıran abonentlərə də rast gəlinib. Bu abonentdə israfçılıq etməsinə görə müxtəlif bəhanələr səsləndiriblər. Qaldırılan iddialara baxmayaraq, abonentlərə müəyyən məbləğdə cərimə aktları yazılıb. Ümumiyyətlə son bir ay ərzində Göygöl rayonunda 60-a yaxın abonentə cərimə aktı yazılıb. Sərfiyyatın artması və enerji dəyərinin düzgün ödənilməməsi rayon elektrik şəbəkəsinin əməkdaşlarını hərəkətə keçirib. Əsasən dağ kəndlərini əhatə edən yoxlamalar bir sıra qaranlıq məqamları üzə çıxarıb.



İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB