Qadın hüquqları ilə bağlı tədbir keçirilib

Qadın hüquqları ilə bağlı tədbir keçirilib

Bərdədə qadın hüquqları ilə bağlı tədbir keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonda qadın hüquqları üzrə multipikator seminarlar mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları məişət zorakılığından, ailədaxili zorakılıqdan, nikah müqaviləsindən, erkən nikahdan və digər aktual mövzulardan danışıblar. Tədbir zamanı qonaqlara "Qadın hüquqları üzrə bələdçi" kitabları paylanıb.

Qeyd edək ki, tədbir Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə keçirilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə