Xocavəndə qanvermə aksiyası keçirilib

Xocavəndə qanvermə aksiyası keçirilib

Xocavənd rayon Mərkəzi Xəstəxanasında "Qan ver yaşat, qan verməklə kiminsə yaşamına kömək et" devizi altında qanvermə aksiyası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, aksiyada rayon sakinləri, icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Xeyriyyə aksiyasında ilk donor rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov olub. Axşam saatlarına qədər davam edən aksiyaya 400-dən çox rayon sakini qatılıb.

Qeyd edək ki, aksiya Respublika Qan Bankı ilə birgə təşkil edilib. Yığılan qan Respublika Qan Bankına təhvil veriləcək. Rayonda 3 nəfər Hemofiliya və talasimiya xəstəliyindən əziyyət çəkir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə