Cari ilin iyunundan etibarən AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən "Gəzən kitabxana" layihəsi reallaşdırılır. ATGT-dən SİA-ya verilən məlumata görə, əsas məqsəd ölkəmizin paytaxt və regionlarında gənclərin kitaba və elektron qiraətə marağını artırmaq olan layihənin 1 il müddətində davam edəcəyi nəzərdə tutulub.
"Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi və 10 min elektron kitab toplanıb.
Kitabxana bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.
Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda əsərləri oxucuların ixtiyarına təqdim edilib. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar da var.
Qeyd edək ki, "Gəzən kitabxana" layihəsi Azərbaycanın bütün rayonlarını gəzəcək sonda isə Bakıya qayıdacaq. İndiyə qədər "Gəzən kitabxana" Tovuzda, Qazaxda, Qubada, Lənkəranda, Astarada, Cəlilabadda, Sabirabadda, Gəncədə, Mingəçevirdə, Göyçayda, Şamaxıda olub.
Məlumat üçün bildirək ki, "Gəzən Kitabxana" bu il ərzində Şirvan və Bərdə rayonunda fəaliyyət göstərəcək.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB