Həcc ziyarətinə gedən zəvvarlar oktyabrın 29-dək ölkəmizə qayıdacaqlar. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, zəvvarların ilk qrupu dünən, digər bir qrupu isə bu gün səhər saatlarında Bakıya geri dönüblər.
Onun sözlərinə görə, budəfəki ziyarətdə heç bir xoşagəlməz hal yaşanmayıb, zəvvarlar sağ-salamat evlərinə dönürlər.
Qeyd edək ki, Həcc ziyarətinə gedən zəvvarlar oktyabrın 3-dən yola düşməyə başlamışdılar. Ümumilikdə isə bu il Azərbaycandan Həcc ziyarətinə 3700 zəvvar qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB