Gəncədə tələbələr üçün 4-cü qrant müsabiqəsinin növbəti təqdimatı Gəncə Dövlət Universitetində (GDU) təşkil olunub. SİA-nın Qərb bürosunun verdiyi məlumata görə, tələbələrin iştirakı ilə keçirilən tədbirdə müsabiqənin şərtləri açıqlanıb. Müsabiqə Azərbaycan gənclərinin inkişafı, dünya görüşünün artması məqsədilə həyata keçirilir. Müsabiqə çərçivəsində Respublikanın bütün ali təhsil ocaqlarında gənclərlə görüşlər keçirilməsi, eyni zamanda onların bu sahədə maariflənməsinə təkan verilməsi nəzərdə tutulub.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB