Gəncə şəhərinin Sadılı qəsəbəsində top mərmisi tapılıb. SİA-nın Qərb bürosundan verilən məlumata görə, boş torpaq sahəsindən bir ədəd 82-mm minomyot və 100-mm top mərmisi aşkar edilib. Hadisə yerinə dərhal Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Göygöl rayon Bazasının rəsmiləri gedib və mərmi ərazidən götürülərək nəzərdə tutulan ərazidə zərərsizləşdirilib.
Qeyd edək ki, faktla bağlı Kəpəz rayon Polis Şöbəsində araşdırma aparılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB