Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olan vətəndaşlar və şəhid ailələri üçün respublikanın müxtəlif bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən xəbərə görə, cari ilin sonunadək Bərdə və Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan və Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları qeyd olunan təbəqələrdən olan vətəndaşların istifadəsinə veriləcək.
Beləliklə, cari il ərzində ümumilikdə 414 mənzilin əlil və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulur ki, bununla da indiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 5250-ni ötəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB