ANAMA MAİ “Ən yaxşı cütlük” nominasıyası üzrə keçirilən yarışmada 1-ci olub
ANAMA MAİ (minaaxtaran itlər) qrupununda olan MAİ bələdçisi Mənsur Aslanov və Niko adlı MAİ, ABŞ-ın Marşal Leqasi İnstitutu (MLİ) tərəfindən "ən yaxşı cütlük" nominasıyası üzrə keçirilən yarışmada 1-ci yerə layiq görülüb. ANAMA-dan SİA-ya verilən məlumata görə, hər il 1-ci yerə layiq görülən cütlüklər ABŞ-ın Vaşinqton şəhərinə dəvət olunur, görülən işlər haqda donorlara hesabat verilir.
ABŞ-ın Marşal Leqasi İnstitutu tərəfindən keçirilən bu tədbir hər il müxtəlif ölkələrin nümayəndələri, tələbələri, akademikləri, iş adamları, eləcə də humanitar yardıma maliyyə dəstəyi verən donorların, səfirliklərin iştirakı ilə təşkil olunur. Belə bir tədbirin Azərbaycana və Azərbaycanın Mina Təhlükəsi ilə Mübarizə Proqramına həsr olunması çox təqdirəlayiqdir. ANAMA bir neçə dəfə beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə yüksək keyfiyyət və peşəkarlığa görə təltif olunub.
9 oktyabr 2013-cü il tarixində kecirilən tədbirdə Agentliyin Əməliyyat departamentinin baş mütəxəssisi Fikrət Əliyev və MAİ bələdçisi Mənsur Aslanov, eləcə də Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak ediblər. Onlar Agentliyin nümayəndələri ilə birlikdə ANAMA-ya töhfə vermiş donorlarla, tələbələrlə və bir sıra məmurlarla görüşmüş və onlara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bununla yanaşı 8 Oktyabr 2013-cü ildə Agentliyin mütəxəssisləri Fikrət Əliyev və Mənsur Aslanov MLİ-nin prezidenti cənab Perri Baltimor və baş mütəxəssis Elis Bekerlə birlikdə Azərbaycanın ABŞ-dakı səfirliyində olublar və səfir cənab Elin Süleymanovla görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB