Gecə paytaxta yağış yağacaq

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağması gözlənilir. Şimal küləyi axşam arabir güclənəcək". Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA -ya açıqlamasında deyib. O bildirib ki, oktyabrın 23-də paytaxtda və yarımadada havanın temperaturu gecə 9-12, gündüz 18-23 dərəcə isti olacaq.

Şöbə müdirinin sözlərinə görə, sabah ölkənin bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir: "Lakin axşama doğru şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə