Lerik Rayon İcra Hakimiyyətində "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2013-cü ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr"lə bağlı növbəti şura iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, şura iclasını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 09 oktyabr 2013-cü ildə ölkəmizdə keçirilən Prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə rayon ictimaiətini təbrik edib. 06 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda ölkə rəhbərinin toxunduğu məsələləri diqqətə çatdıran icra başçısı qazanılmış uğurlarda rayonun da öz payının olmasını, rayonda aparılan quruculuq-abadlıq işlərinin, bundan sonra da davam etdiriləcəyini, bütün infrastrukturun günün tələbləri səviyyəsində olacağını bildirib.
"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdan irəli gələn vəzifələr və 2013-cü ilin doqquz ayında Lerik rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr"lə bağlı rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov məruzə edib.
Məruzədə bildirilib ki, keçən doqquz ayda və ümumlilikdə 2003-2013-cü illər üzrə rayonda bir sıra uğurlara imza atılıb. 40-a yaxın məktəb, 9 səhiyyə müəssisəsi, 3 uşaq bağçası, inzibati idarə binaları, turizm-istirahət mərkəzləri, iaşə obyektləri, şadlıq sarayları, ticarət mərkəzləri, kərpic zavodu, broyler fabriki, çörək zavodu, su sexləri inşa edilib, 38 yaşayış məntəqəsi qazlaşdırılıb, elektrik xətlərində təmir işləri aparılıb, kəndlərdə artezian quyuları qazılıb, kəndlərə su xətləri çəkilib, yollar asfatlaşdırılıb və ya əsaslı təmir edilib. 26 km-lik Lerik-Qosmalian-Kəlvəz yolu asfaltlaşdırılıb, 32 km-lik Noda- Şingədulan-Xanagah yolunun tikintisi ilə bağlı ilkin olaraq 2 milyon vəsait ayrılıb, tikinti işlərinə start verilib.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına uyğun olaraq keçən vaxt ərzində rayonda 4123, o cümlədən cari ildə 680 yeni iş yeri, ümumilikdə isə 2004-2013-cü illər ərzində 8877 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir. Məruzədə 60 tədbir üzrə yeni Dövlət Proqramının layihəsinin hazırlanması bildirilib, qarşıdakı 5 ildə rayonun daha böyük iqtisadi uğurlara imza atacağı vurğulanıb.
Rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Nüvədi Ərazi İcra Nümayəndəsi İntiqam Əsədov, DSMF-nun rayon şöbəsinin müdiri Malik Mirzəyev məruzə ətrafında çıxışlar ediblər.
Şura iclasının yekunu olaraq Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilib.
Sərraf Mirsəfəroğlu



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB