ADU TGT təlim keçirib

Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatı (ADU TGT) Diplomat klubu Diplomatik etiket qaydaları adlı təlim keçirib. SİA-ya verilən məlumata görə, tədbirə Diplomat klubunun sədri Zümrüd İsmayılova açılış edib. Tələbələri salamlayan ADU TGT Diplomat klubu diplomatiya, etiket qaydaları barəsində fikrini bildirib.

Daha sonra isə təlimçi Fərid Məhərrəmli çıxış edib. Təlimdə 60-a qədər tələbə iştirak edib. Təlimdə gənclərə diplomatiyanın əhəmiyyəti, diplomatik etiket qaydaları, rəsmi görüşlər zamanı davranış qaydaları barədə maraqlı məlumatlar verilib. Təlim tələbələrin qarşılıqlı müzakirələri əsasında baş tutub. Sonda bütün iştirakçılar keçirilən təlimin qiymətləndirilməsini aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə