Obama çıxışı zamanı özünü pis hiss edən qadının yıxılmasına imkan verməyib

Obama çıxışı zamanı özünü pis hiss edən qadının yıxılmasına imkan verməyib

ABŞ prezidenti Barak Obama səhiyyə ilə bağlı çıxışı zamanı özünü pis hiss edən qadının yıxılmasına imkan verməyib.

SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumata görə, həmin vaxt Obama Ağ Evin qarşısında səhiyyə sığortası ilə bağlı çıxış yolları haqqında danışırdı.

Ənənəyə görə, bu məsələ ilə əlaqədar dəvət olunmuş insanlar prezidentin ətrafında toplaşıblar.

Obamanın çıxışının sonunda onun yaxınlığında dayanmış gənc qadın özünü pis hiss edib. Lakin Obama çevrilərək onun əlindən tutub.

"Mən sizi tutmuşam, hər şey yaxşı olacaq. Mən çox danışanda belə şeylər olur" - deyə Obama bildirib.

Sonradan bəlli olub ki, həmin qadının adı Karmel Allisondur. O, hamilədir, eyni zamanda, diabet xəstəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə