Elşad İskəndərov Parisdə keçiriləcək konfransda iştirak edəcək

Elşad İskəndərov Parisdə keçiriləcək konfransda iştirak edəcək

Oktyabrın 22-də Parisdə, UNESCO-nun Baş mənzil qərargahında görkəmli orta əsr Azərbaycan mütəfəkkiri və dühası Seyyid Yəhya əl-Şirvani əl-Bakuvi ili çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və UNESCO-nun təşkilatçılığı ilə "Seyyid Yəhya Bakuvi - Tolerantlığın ifadəsi" adlı elmi konfrans keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konfransda Dövlət Komitəsinin sədri Elşad İskəndərov, o cümlədən Azərbaycan, Fransa, İngiltərə, Əlcazair, Türkiyədən olan tanınan tədqiqatçılar, elm xadimləri iştirak edəcəklər. Seyyid Yəhya Bakuvinin xəlvətilik təriqəti, bu dini-fəlsəfi cərəyanın xüsusiyyətlərəri və dünyaya verdiyi töhfələrin işıqlandırılacağı konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək.

DQİDK tərəfindən UNESCO-nun Baş mənzil qərargahında Seyyid Yəhya Bakuvi ilinə həsr olunan silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Azərbaycan – Tolerantlıq məkanı" sərgisi eyni gündə açılacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən bu il "Seyyid Yəhya Bakuvi ili" elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə