Dəyişkən buludlu hava şəraiti sabah da davam edəcək

Dəyişkən buludlu hava şəraiti sabah da davam edəcək

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, oktyabrın 22-də paytaxtda və yarımadada havanın temperaturu gecə 9-12, gündüz 18-22 dərəcə isti olacaq.

Məlumata əsasən, sabah ölkənin bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır: "Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 8-13, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 15-20 dərəcə isti olacaq".

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında nisbətən mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə