Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlayıb. Fondun əməkdaşları tərəfindən keçirilən təqdimat mərasimləri ilkin olaraq Xəzər Universitetində start götürüb. SİA-ya verilən məlumata görə, görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdimetmə və digər zəruri məlumatlar təqdim olunur. Təqdimatlar hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 14-29 yaş həddində olan fiziki şəxsləri "C" kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.
Qeyd edək ki, təqdimatlar Fondun Aparat rəhbəri Faiq Qürbətov, Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Strateji Planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, sektorun əməkdaşı Ramin Cəfərov tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində keçiriləcək.
Müsabiqə haqqında ətraflı məlumat üçün: http://youthfoundation.az/4cuqrantelani/.
Gənclər Fondunda fiziki şəxslərin qeydiyyat forması üçün: http://www.youtube.com/watch?v=aj96KK2yok8.
Fiziki şəxslərin "C" kateqoriyası üzrə layihə təqdim etmə təlimatı: http://www.youtube.com/watch?v=hKJSRg3V18Q
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB