“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Prezidenti təbrik edib
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Prezidentinə təbrik ünvanlayıb. SİA həmin məktubun tam mətnini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm cənab Prezident!
Azərbaycan xalqının azadlıq, müstəqillik, inkişaf, tərəqqi yolunda daha beş il inamla irəliləməsini təmin etmək üçün bütün millətimiz, o cümlədən bizim Kəlbəcər elləri yekdilliklə Sizə səs verdi. Öz taleyini yenidən Sizə etibar etdi. Bu, bütün xalqımızın, eləcə də Kəlbəcərlilərin ürəyinin, qəlbinin səsi idi. Sazın, sözün xiridarı, yüzlərlə ağsaqqalı, ağbirçəyi olan bu camaat ağı qaradan yaxşı seçir, bilir ki, torpaqlarımızın xilası, el-obamızın öz yurduna qayıtması, bütövlükdə ərazi bütölüyümüzün bərpası yalnız Sizinlə birlikdə mümkündür.
Hörməti cənab Prezident!
Siz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük işlərini ləyaqətlə davam etdirərək son on ildə Azərbaycana misilsiz uğurlar qazandırmısınız. Respublikaya rəhbərlik etdiyiniz gündən verdiyiniz bütün vədlərə əməl edərək millətə, dövlətə xidmət nümunəsi olmusunuz. Azərbaycanın nüfuzunu zirvələrə qaldırmısınız. İndiyə qədər gördüyünüz bütün işlər Azərbaycan naminə olmuşdur.
Sizin sayənizdə Azərbaycanın həm daxili, həm də xarici siyasətdə qazandığı nəaliyyətlər bizləri çox sevindirir və qəlbimizi fərəhlə doldurur. Ölkədə insanların güzəranının gündən-günə yaxşılaşması təkcə paytaxtımız Bakının deyil, bütün şəhər və rayonlarımızın yüksək sürətlə inkişaf etməsi, ölkəmizin böyük sənaye, idman və mədəniyyət ölkəsinə çevrilməsi, dünyanın diqqət mərkəzində olması xalqımızın böyük uğurudur.
Möhtərəm Prezident, Sizin Azərbaycan dövləti və xalqı üçün gördüyünüz işlər bu seçkilərdə yüksək qiymətləndirildi. Hamı çox gözəl bilir ki, Siz bu qələbəyə, bu möhtəşəm uğura layiq lidersiniz.
Mən bir el ağsaqqalı kimi, Kəlbəcər camaatı ilə ən çox ünsiyyətdə olan bir insan kimi Sizə bidirmək istəyirəm ki, Kəlbəcərlilər Sizə son dərəcə böyük ehtiram göstərir, Sizi ürəkdən sevir və hər bir işinizdə Sizinlə birlikdədir. Bunu seçkilər günü hər bir seçki məntəqəsində ünsiyyətdə olduğum hər bir insanla söhbətimdə bir daha yaxından gördüm və sevindim. Sevindim ki, insanlarımız öz rəhbərinə nə qədər ürəkdən inanırlar.
Möhtərəm Prezident, bir daha Sizi böyük qələbəniz münasibətilə bütün Kəlbəcər ictimaiyyəti, el ağsaqqalları və ağbirçəkləri, ziyalıları və sadə insanları, bilavasitə məşhur el sənətkarı Aşıq Şəmşirin ailə üzvləri adından ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirik. İnanırıq ki, Vətinimizin adını daha da ucaldacaq, insanlara daha gözəl həyat bəxş edəcək və bizi doğma torpaqlarımıza qovuşduracaqsınız. Siz də əmin ola bilərsiniz ki, bütün işlərinizdə kəlbəcərlilər Sizinlə birlikdədir. Ulu Tanrı Sizə yar olsun!
Dərin hörmət və ehtiramla,
Qənbər Qurbanov.
Respublika Ağsaqqallar Şurasının və Yazıçılar
Birliyinin üzvü, "Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB