Daha çox intuisiyanıza və ekstra hissinizə güvənin Biznesmenlər üçün ulduz falı

Daha çox intuisiyanıza və ekstra hissinizə güvənin Biznesmenlər üçün ulduz falı

OĞLAQLAR bu həftə həmkarları ilə mehriban davranmalıdırlar. Öz fikirlərinizi başqalarına zorla qəbul etməyə çalışmayın. İnsanları dinləyin, onların fikirlərinə hörmətlə yanaşın. Yaxınınızın məsləhəti çoxdan düşündüyünüz layihəyə təkan verə bilər. Bu həftə mənzilinizə əl gəzdirmək üçün münasib vaxtdır.

DOLÇALAR bu həftə sevdikləri insanlara xüsusi diqqət yetirməlidirlər. Ailə üzvləriniz sizi nəvaziş və qayğı ilə əhatə edirlər. Bu da sizə qol-qanad verir. Hədiyyə alıb onların könlünü xoş edin. Xəsislik etməyin. İşdə gözdə-qulaqda olun. Ola bilsin, həmkarlardan kimsə üzünüzə gülür, amma ayağınızın altını qazır. Dilinizi dinc saxlayın. Sirlərinizi heç kəslə bölüşməyin.

BALIQLARA bu həftə başqalarının ağlı ilə oturub-durmaq məsləhət görülmür. Daha çox intuisiyanıza və ekstra hissinizə güvənin. Daxili səsinizi dinləsəniz, maddi durumunuz yavaş-yavaş düzələcək, işdə nüfuzunuz artacaqdır. Həftə sonu sevgilinizə romantik şam yeməyi hədiyyə edin. Sizin tərəfinizdən bu jest məhəbbətinizi daha da gücləndirəcəkdir.

QOÇLAR bu həftə özlərini işə həsr etməlidirlər. Rəhbərliklə münasibətlərinizi düzəltməlisiniz. Gələcək uğurlarınız bu səylərinizdən asılı olacaqdır. Professional və işgüzar sahələrdə lüzumsuz təlaşa yol verməyin. Gözə girməyə çalışmayın. Ağır oturub batman gəlin. Yolunuzu kəsən maneələr yaxın günlərdə aradan qalxacaqdır.

BUĞALAR bu həftə dostların və qohumların arasında olmalıdırlar. İşlə bağlı problemlərin rahatlığınızı pozub yuxunuza haram qatmasına imkan verməyin. Siz bütün məsələləri rahatlıqla həll edə bilərsiniz. Sevdiyiniz insan sizinlə ciddi söhbət etmək istəyəcək. Onu başa düşün və deyilənləri zarafata çevirməyə çalışın.

ƏKİZLƏR bu həftə özlərini təmkinli aparmalıdırlar. Bütün işlərinizdə və təşəbbüslərinizdə ehtiyatlı olmalı və ağılla hərəkət etməlisiniz. İşdə və biznesinizlə bağlı məsələlərdə başqalarının məsləhətlərini qulaqardına vurub ancaq özünüzə güvənməyisiniz. Təmkin və müdriklik sizin ən güclü cəhətlərinizdir və hər hansı vəziyyətdə düzgün qərar qəbul etməyinizə kömək edir. Gözlənilən dəyişikliklər sizin xeyrinizə olacaqdır.

XƏRÇƏNGLƏR həm iş, həm də məişət qayğılarını təmkinlərini pozmadan həll etməlidirlər. Bu dövr köhnə problemləri həll etmək üçün münasibdir. Hadisələrin uğurlu gedişatı köhnə problemlərdən yeni çıxış yolları tapmağa kömək edəcək, perspektivli işlərə yol açacaqdır.

ŞİRLƏR yaradıcılıq potensiallarının durmadan artdığını hiss edəcəklər. Sizdə işləməyə elə həvəs yaranacaq ki, onun sayəsində hər sahədə misilsiz uğurlar qazanacaqsınız. Bu həftə diqqət mərkəzində olacaqsınız. İnsanlar məsləhətlərinizi dinləyəcəklər. İşinizə vicdanla yanaşdığınıza görə sizi maddi mükafatlandırma gözləyir.

QIZLAR bu həftə yeni işlərə başlayacaq, uğurlu tanışlıqlar quracaqlar. Həyatınızın müxtəlif sahələrində dəyişikliklər gözlənilir. Peşəkarlığınız və işə ciddi münasibətiniz maddi durumunuzu yaxşılaşdırmağa imkan verəcəkdir. Yaxınlarınızın və etibarlı köhnə dostlarınızın dəstəyinə əmin ola bilərsiniz.

TƏRƏZİLƏRİN professional sahədə yeni istedadları üzə çıxacaqdır. Bu həftə ağlınıza cürbəcür konstruktiv ideyalar gələcəkdir. Siz fəal, enerjili və təşəbbüskar olacaqsınız. Yaxınlarınızın dəstəyi gələcəkdə bütün sahələrdə müsbət nəticələrə nail olmağınıza zəmin yaradacaqdır.

ƏQRƏBLƏR bu həftə maliyyə durumlarının yaxşılaşacağına ümid bəsləyə bilərlər. Biznesmenlər köhnə sövdələşmələrini yerinə

yetirsələr, böyük gəlir əldə edəcəklər. Biznesi olmayan adamlar isə məvaciblərinin artırılması ilə kifayətlənməli olacaqlar.

OXATANLAR bu həftə qətiyyətli və təşəbbüskar olmalıdırlar. Səyləriniz hədər getməyəcək, professional məqsədinizə çatacaqsınız. Həftə sonu evinizə bahalı şeylər almaq üçün əlverişlidir. Hansısa ailəvi şənlik barədə yaxınlarınızla məsləhətləşəcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə