Ukraynanın paytaxtında Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın katibliyində "Promoting Green Economy in GUAM countries: Promotion of renewable energy sources" adlı iki günlük seminar işini başa çatdırıb. Seminar GUAM–Yaponiya əməkdaşlığı çərçivəsində Macarıstanın Mərkəzi və Şərqi Avropada regional ətraf mühit mərkəzinin dəstəyi ilə təşkil edilib.
Seminarda GUAM-ın iştirakçısı olan dövlətlərin və Yaponiyanın profil nazirliklərinin və baş idarələrinin, Ukraynadakı səfirliklərinin, tədqiqat institutlarının, elmi dairələrinin, təşkilatın Mərkəzi və Şərqi Avropadakı regional ətraf mühit mərkəzinin və katibliyinin nümayəndələri iştirak etmişlər. Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasəti, GUAM-a üzv dövlətlərdə bu sahənin inkişaf perspektivləri, habelə külək, günəş, biokütlə, hidroenergetika kimi istiqamətlər üzrə enerji mənbələrinin potensialı və səmərəliliyi, həmçinin təşkilata üzv dövlətlərin ərazisində bu enerji mənbələrindən istifadə edilməsi vəziyyəti haqqında təqdimatlar olub.
Sonra "dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"nın iştirakçıları seminarda verilmiş məlumatlar barədə fikir mübadiləsi edib, GUAM-a üzv dövlətlər üçün bərpa olunan enerji mənbələrinin əhəmiyyətini, regional səviyyədə bu sahənin gələcək inkişafını, habelə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Tədbir iştirakçıları seminarın təşkilinə və keçirilməsinə verdiyi dəstəyə görə Yaponiya tərəfinə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB