Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 19-da Sabirabadda Şirvan şəhərindən, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Fizuli, Kürdəmir, Zərdab, Ağcabədi, Ağdam və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əsasını şəhidlik statusu və hərbi xidmətin keçirilməsi ilə bağlı məsələlər təşkil edib.
Gün ərzində aparılan səyyar qəbul zamanı Xidmət rəisi Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıq verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunub, komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB