İstirahət günü hava yağmurlu olacaq

İstirahət günü hava yağmurlu olacaq

"İstirahət günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, oktyabrın 20-də paytaxtda və yarımadada havanın temperaturu gecə 10-13, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah ölkənin rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi proqnozlaşdırılır: "Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə