Azərbaycan Rusiyaya ikinci dəfə nota göndərib

Azərbaycan Rusiyaya ikinci dəfə nota göndərib

Azərbaycan Rusiyaya ikinci dəfə nota göndərib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən yayılıb.

Belə ki, məlumatda Azərbaycanın Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı ikinci dəfə nota göndərildiyi vurğulanır. Notada Rusiya Xarici İşlər Nazirliyinindən Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə şərait yaratmaq tələb olunur.

Qeyd edək ki, Azərbaycan tərəfindən Rusiyaya ilk nota oktyabrın 17-də birinci dəfə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə