Elşən Musayev: “Radikal müxalifət xaricdəki havadarların təlimatını gözləyir”

Elşən Musayev: “Radikal müxalifət xaricdəki havadarların təlimatını gözləyir”

"Azərbaycan siyasətinin radikal qanadı əvvəllər yalnız söz və şablon üzərində blef edirdisə, indi bu sıraya keçirdikləri mitinqləri, ərsəyə gətirdikləri mənasız tədbirləri də qoşublar. Sanki söz atıb, söz tuturlar, ictimai rəyin nəbzini yoxlamağa çalışırlar. Həm də son dərəcə primitiv bir şəkildə! Kütlə ilə, Bakı meriyası ilə oynadıqları son"mitinq-mitinq"oyunu da həmin qəbildən olan növbəti "əsrarəngiz" nümunələrdən biridir. Sadəcə fərqində deyillər ki, bu uğursuz gedişlərin hər mərhələsi onları hazırki durumlarından daha gülünc vəziyyətə gətirir, bumeranq effekti verir, kənardan inanılmaz ikrah doğurur". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev "Milli Şura"nın bu günə təyin etdiyi mitinqin təxirə salınmasına münasibət bildirərkən söyləyib.

"Bunlar artıq deyəsən arzularını da ürəkdə tutmağa başlayıblar,siyasi ehtimalları siyasi reallığın belinə mindiriblər. Yox əgər belə olmasaydı, mitinq günü təyin edilərkən bununla bağlı müvafiq qurumları məlumatlandırmağı da unutmazdılar. Ardınca da mətbuatda iz azdırıb, ətraflarındakı 5-10 nəfər cəmilbazı barmaqlarına dolamazdılar...Və ya, radikalistlər iddia edir ki, guya Meriyaya müraciəti poçtla göndəriblər və həmin müraciət də ünvana yetişməyib. Absurddur deyilmi? Eyni zamanda çox maraqlıdır, həmişə BŞİH-ə rəsmi müraciət edənlər, hətta yeri gələndə mövzu ilı bağlı danışıq aparmağı belə gözə alanlar niyə anidən bu proseduru daha kustar üsulla, yəni poçtla həyata keçirmək qərarına gəldilər?. Nə idi səbəb? Dünyanın axarımı dəyişdi, yoxsa ölkənin qanunlarımı? Heç biri, əlbət. Tək səbəb xaricdəki havadarlardan gələn təlimatdır."Hələ gözləyin"əmridir. Həmçinin beynəlxalq aləmə atdıqları qarmağın hara qədər ilişdiyini dəqiqləşdirmə cəhdidir. Elə bu amalla da gözləri uzaq yola dikələ qalıb. Xalqın iradəsini bir kənara qoyub, xaricə, beynəlxalq publikaya oynayırlar. Həm də nə qədər rəzil bir görkəm aldıqlarını fərq etmədən!"- deyə politoloq fikirlərinə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə