"Gələcəyə İnamlı Gənclər" İctimai Birliyi regionlarda fəaliyyətini genişləndirir. SİA-nın məlumatına görə, təşkilat yaxın gələcəkdə bu kimi əhəmiyyətli layihələrin həyata keçirilməsi üzərində işləyir. Region gəncləri ilə iş təşkilatın prioritet sahələrindən biri olaraq qalır. Hazırda layihələrlə bağlı hazırlıq işləri yerinə yetirilir.
Qeyd edək ki, təşkilat cari ildə artıq bir neçə maraqlı layihə həyata keçirib. Buna nümunə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrantı ilə 12 - 16 oktyabr 2013-cü il tarixlərində keçirilən "Regionlarda gənclərin məşğulluğunun artırılması" layihəsini göstərmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB