Gürcüstanın Siqnaxi şəhərində təşkil olunan Azərbaycan və Gürcüstan gənclərinin "Beynəlxalq festivalında" çərçivəsində də hər iki ölkənin rəsmiləri arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair sənəd imzalanıb. Sənədi Azərbaycan tərəfindən Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə İdman və Gənclər naziri Levan Kipiani imzalayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir müavini İntiqam Babayev bildirib ki, bu sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil ediləcək layihələrdə gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradacaq: "Sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik".
Memorandumdan sonra Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının rəsmilərlə görüşü keçirilib. Görüş çərçivəsində bir sıra suallar ətrafında müzakirələr aparılıb.
Memorandomun imzalanmasından öncə isə hər iki ölkənin rəsmiləri Azərbaycan və Gürcüstan idmançıları arasında keçirilən yarışları, eyni zamanda milli rəqsləri seyr edib, milli mətbəxin yüməklərindən dadıblar.
Tədbir hər iki ölkənin yaradıcı gənclərinin konserti ilə sona yetib.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB