Gəncədə hesabat iclası keçirilib FOTO

Gəncədə hesabat iclası keçirilib FOTO

Gəncə şəhər İcra Hakimiyyətinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, yığıncaqda hesabat dövrü ərzində şəhərin abadlıq-quruculuq işləri, iqtisadi və sosial sahələrin inkişafı, inşa edilən mühüm obyektlərdən söz açılıb. Bildirilib ki, Heydər Əliyev, Məhsəti Gəncəvi və Gənclər Mərkəzlərində işlər yekunlaşmaq üzrədir.

Hesabatda irimiqyaslı layihiyələrdən söz açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncədə 9 ayda elm və mədəniyyət sahəsində xeyli inkişafın müşahidə olunduğunu deyib: "Nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir. Şəhərdə mövcud körpülərin təmiri, yenilərinin isə tikintisi nəzərdə tutulub. Salınan yeni bulvarda isə çayın daxili betonlandıqdan sonra tamamlanma işləri aparılacaq".

Yığıncaqda 4 min yaşının olduğu təsdiq edilən qədim Gəncədə turizmi inkişaf etdirmək üçün inşa edilən möhtəşəm qala kompleksindən və giriş qapılarından da söz açılıb. Həmçinin Gəncədə mövcud 5 musiqi məktəbinin gələcəkdə əsaslı sürətdə təmiri ilə bağlı göstərişlər verilib. İclas zamanı mədəniyyət, məşğulluq, kommunal və digər sahələrdə aparılan işlər barədə də məlumat verilib. Bildirilib ki, Gəncədə bu ilin sonunadək 5 qəsəbə rabitə və internetlə təmin olunacaq. Sonda növbəti il üçün qarşıya qoyulan vəzifələr ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçıları şəhərdə aparılan digər işlər haqqında öz fikirlərini bölüşüb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə