Sabah Qubada möhtəşəm "Alma bayramı" keçiriləcək. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, "Alma bayramı" şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq. Bayram tədbirində 100-dən çox xarici ölkə nümayəndələrinin iştirak edəcəyi gözlənilir. Möhtəşəm mərasimə rəsmi nümayəndələr, ziyalılar, ölkəmizdən kənarda yaşayan Qubalı iş adamları, görkəmli mədəniyyət xadimləri və 100-dən çox xarici ölkə nümayəndələri dəvət olunub. Hazırda bayramla əlaqədar hazırlıq işləri gedir.
Qeyd edək ki, bayram iştirakçıları öncə Heydər Əliyev prospekti boyunca yürüş edəcəklər. Daha sonra bayram mərasimində milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar, ümumilikdə rayonda becərilən alma sortları, almadan hazırlanan şirniyyatlar, içkilər və rəqslər təqdim olunacaq.
Həmçinin bayram tədbiri çərçivəsində rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər nümayiş etdiriləcək.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB