Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 22-ci illiyinə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, YAP Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmləri doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirib: "O zaman ölkənin daxilində və xaricində vəziyyət heç də ürəkaçan deyildi. Ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimiz Ermənistan tərəfindən işğal olunmuşdu. Çoxsaylı qaçqın və məcburi köçkünlər ordusu yaranmışdı. Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyi, vətəndaş müharibəsinin baş verdiyi və bunun məntiqi nəticəsi kimi müstəqilliyimiz böyük sual altında idi. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malik idi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımız Ümummilli lider Heydər Əliyevə üz tutdu. Xalqımız isə çox müdrik və tarixi bir seçim edərək Ulu öndəri ölkənin Prezidenti seçdi və bununla da xoş, firavan günlərin təməli qoyuldu.
Daha sonra çıxış edən qonaqlar xalqın şərq aləmində özünəməxsus yer tutduğunu bildiriblər: "Xalqımız hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşub, daim müstəqil olmağa çalışıb. 1991-ci ilin 18 oktyabr tarixinidə əzmkarlıq bahasına başa gəlib. Lakin qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycan Respublikasının günü-gündən artan qüdrətinin təməlində məhz Heydər Əliyev amilinin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün yürütdüyü Ulu öndər siyasəti durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB