Azərbaycanda gözlənilən hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

Azərbaycanda gözlənilən hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ

"Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında bəzi ərazilərdə duman olacağı, gecəyə doğru temperaturun enəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında bildirib ki, sabah paytaxtda və yarımadada günün birinci yarısında havanın temperaturunun gündüz 23-28, axşama doğru 19-21 dərəcə dərəcə isti olacağı gözlənilir.

Şöbə rəisi sözlərinə görə, Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi ərazilərdə duman olacağı proqnozlaşdırılır: "Axşam qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir, gecə dağlıq ərazilərdə yağıntıların qara və sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 11-16, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir".

Qeyd edək ki, ETSN-yi Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, oktyabrın 19-dan 20-nə keçən gecə respublikanın qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, 21-i gündüzədək qeyri-sabit, güclü küləkli, soyuq keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcəyi, ayrı-ayrı rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə