Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin müraciət edib. Dövlətqaçqınkomun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir:
"Məcburi köçkünlər tərəfindən mənzil problemi ilə əlaqədar olaraq müxtəlif dövlət, hökumət orqanlarına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə edilmiş çoxsaylı müraciətlə bağlı bildiririk ki, məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən daha ağır şəraitdə yaşayan ailələrin vəziyyəti nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir.
2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadrat metr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmiş, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub- icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometr yol, 644,0 kilometr su, 1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilmiş, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılmışdır.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Dövlətqaçqınkomun mətbuat xidməti olaraq Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi və Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni hünüdürmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi başa çatdırılmışdır.
Məlumat üçün bildiririk ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Dövlətqaçqınkom tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaq, 2015-ci ildə yaşayış kompleksinin texniki infrastrukturunun (mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və.s) qurulması və 2016-cı ildə isə mənzillərin tikintisi başa çatdırlıaraq məcburi köçkünlərin həmin əraziyə köçürülməsi prosesinə başlanılacaqdır.
Bir daha məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, məcburi köçkünlərin problemlərinin həlli Dövlətin və Komitənin gündəlik nəzarətindədir və bu sahədə işlər mərhələli şəkildə həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB