"Cəmiyyətin ən qabaqcıl hissəsi olan tələbə - gənclər 9 oktyabr Prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədilər" ATGTİ-dən SİA-ya verilən məlumata görə, bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov öz açıqlamasında deyib.
Şahin İsmayılov bildirib ki, bu il seçkilərdə ilk dəfə səs verən gənclərin müəyyən bir hissəsini tələbələr təşkil edib: "Hər zaman cəmiyyətin inkişafına, yüksəlişinə çalışan tələbələrin seçkilərdə aktiv iştirak etməsi və cənab Prezident İlham Əliyevə səs verməsi gəncliyimizin seçiminin İlham Əliyev olduğunu bir daha sübut etdi. Tələbələrin, ümumiyyətlə gənclərin növbəti beş ildə də İlham Əliyevi öz liderləri görmələrinin səbəbi ölkədə aparılan uğurlu gənclər siyasətinin nəticəsidir. Bundan sonra da Azərbaycan gəncliyi öz lideri cənab İlham Əliyevi dəstəkləyəcək".
ATGTİ sədri həmçinin qeyd edib ki, bəzi beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil: "Bunun bariz sübutu böyük bir qisim beynəlxalq müşahidəçilərin və təşkilatların 9 oktyabr Prezident seçkilərinin şəffaf keçirilməsini bildirməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB