Avro-2016 çempionatının seçmə mərhələsində püşkatma zamanı Azərbaycan yığmasının adı 5-ci səbətdə olacaq
2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində püşkatma zamanı səbətlərin tərkibi məlum olub. Azərbaycan yığması Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Gürcüstan və Kipr komandaları ilə birlikdə beşinci səbətə düşəcək.
Püşkatma gələn ilin fevral ayında Fransanın Nittsa şəhərində keçiriləcək.
Birinci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina.
İkinci səbət: İsveç, Xorvatiya, Ukrayna, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya.
Üçüncü səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Monteneqro.
Dördüncü səbət: Ermənistan, Polşa, Finlandiya, Şotlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, İslandiya.
Beşinci səbət: Belarus, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr.
Altıncı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Hibraltar, Farer adaları.
Səbətlər UEFA-nın milli yığma komandalar üçün reytinqi əsasında tərtib edilmişdir. Bu reytinqdə Azərbaycan 44-cü yeri tutur.
2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonundakı vəziyyətlə müqayisədə milli yığmamız Gürcüstan və Kipr komandalarını geridə qoyaraq iki pillə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB