Azercell-in Barama Innovasiya Mərkəzinin layihəsi daha bir uğura imza atıb. Belə ki, noyabr ayında keçiriləcək "VentureOut" adlı mobil biznesin inkişafına yönümlü beynəlxalq müsabiqənin finalında Azərbaycan da təmsil olunacaq. Yarışmaya Barama İnnovasiya Mərkəzində inkişaf etdirilən ,gənc proqramçı Dilarə Rüstəmzadənin üzərində çalışdığı "TuningFork" adlı start-upla qatılacaq.
Məlumat üçün bildirək ki, VentureOut beynalxalq müsabiqəsi mobil texnologiyalar sahəsində yaranan biznesin inkişafı və genişlənməsinə dəstək üçün keçirilir. Finalçılar arasında Avropa, Afrika və Mərkəzi Asiyadan olan tibb, təhsil, musiqi, o cümlədən əyləncə mövzusunda mobil tətbiqetmələrini və internet səhifələrini yaradan proqramçılar vardır.
Qeyd edək ki, VentureOut müsabiqəsinə 32 ölkədən 119 startup qoşulub və onlardan yalniz 13 startup Moldovanin paytaxtı Kişinyov şəhərində keçiriləcək finalda iştirak edərək, öz layihələrini təqdim edəcəklər. Qaliblər startuplar layihənin inkişafı üçün qrant və ABŞ və Avropada biznes təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.
Tuning Fork layihənin əsas məqsədi canlı oxuma zamanı yalnış səslərin(tonların) aradan qaldırılmasıdır. Layihə ilkin mərhələ olaraq karaoke istifadəçiləri üçün nəzərdə tutulan səsin yoxlanılmasını həyata keçirir. İstifadəçilər bu veb xidmət vasitəsilə canlı oxuma zamanı hansı anda yalnış oxuduqları haqqında məlumat almaqları ilə yanaşı, onların oxunması qiymətləndiriləcək.
Azercell Telekom gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradır. Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Fəaliyyətə başladığı 2009-cu ildən etibarən 3000-dən artıq gənc Barama İnnovasiya Mərkəzinin müxtəlif layihələrində iştirak etmişdir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB