Ermənilər Ağdamda hərbi təlimlər keçirib

Ermənilər Ağdamda hərbi təlimlər keçirib

Ermənistan Silahlı Qüvvələri təmas xəttində hərbi təlim keçiriblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, təlimlər Ağdam rayonunun işğal altında olan ərazilərində baş tutub. Düşmən ordusunun Uzundərə adlanan ərazidə, Şahbulaq yüksəkliyi istiqamətində ağır atıcı silahlarla və hərbi texnikalarla keçirdiyi təlimlər bir neçə saat davam edib.

Qeyd edək ki, təmas xəttinə yaxın ərazilərdə güclü top və mərmi səsləri eşidilib. Təlimlər axşam saatlarına qədər davam edib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə