Lənkəranda reyd zamanı 60-ə yaxın sürücü saxlanılıb

Lənkəranda reyd zamanı 60-ə yaxın sürücü saxlanılıb

Bu gün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin müxtəlif istiqamətlərində reyd keçiriblər. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, keçirilən reydlərdə ümumilikdə 60-ə yaxın sürücü saxlanılıb. Saxlanılan sürücülərdən 30-nun avtomobili isə cərimə meydançasına aparılıb.

Reydlərin keçirilməsində əsas məqsəd avtomobillərdə görüntünü məhdudlaşdıran pərdə və plyonkaları, qanunsuz olaraq əlavə quraşdırılmış konstruksiyaları, maşını sərxoş şəkildə və sürücülük vəsiqəsi olmadan idarə edən şəxsləri aşkar edilməsi olub.

Reyd zamanı avtomobili dövlət qeydiyyat nömrəsi olmadan idarə etdiyinə görə bəzi sürücülər saxlanılaraq cərmə meydançasına aparılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə