Bərdədə iki minik avtomobilin toqquşması ilə nəticələn yol qəzası baş verib. Rayonun H.Əliyev prospektində baş verən qəzada minik maşını digər avtomobilin hərəkət zolağına çıxıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə zamanı avtomobillərin birinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Digər avtomobilin sürücü isə hadisə yerindən qaçıb. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, hadisə barədə Bərdə rayon Dövlət Yol Polisi bölməsi araşdırma aparır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB